"Fənərbaxça" klubunun hücumçusu Miroslav Stoka təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın Türkiyə mətbuatınaistinadən verdiyi məlumata görə, slovakiyalı futbolçu bu dəfə Rusiya və İspaniyadan yeni təkliflər alıb.
Adı açıqlanmayan komandalar Stok üçün 12 milyon avro ödəməyə hazırdır. "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman da bu təklifi müsbət qarşılayıb. Kocaman Stoku satacağı təqdirdə "Valensiya"dan Tino Kostanı transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Stokla İngiltərənin "Kvins Park Reyncers" və Səudiyyə Ərəbistanının "Əl Şabab" klubları yaxından maraqlanır.