‘Fənərbaxça’nın keçmiş məşqçisi: ‘Qadın olmaq çox istərdim’

İDMAN
00:48 13.04.2012
1565

Almaniyalı mütəxəssis ən böyük arzularını açıqlayıb

Belçikanın “Brügge” klubunun baş məşqçisi Kristof Daum həyatında ən böyük iki arzusunu dilə gətirib. Baş məşqçi bir də nə vaxtsa Almaniyanın “Köln” klubunda hər hansı bir vəzifədə çalışmağı və 24 saatlığa qadın olmaq istəyini dilə gətirib. “Qadınlardan nə istədiyini bilmək üşün 24 saatlığa qadın olmağa razıyam. Ancaq bu zaman bığlarımı kəsdirməzdim”, - deyə Kristof Daum bildirib. Xatırladaq ki, 58 yaşlı Kristof Daum məşqçilik karyerası ərzində Türkiyənin “Fənərbaxça” və “Beşiktaş” klublarını çalışdırıb.(Anspress)

OXŞAR XƏBƏRLƏR