"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlandı

İDMAN
22:35 25.03.2020
4105
"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı müəyyənləşib.

İstanbul təmsilçisinin hücumçusu Maks Kruzedə bu xəstəliyin əlamətləri aşkarlanıb.

Bu gün keçirilən müayinədən sonra 32 yaşlı oyunçunun testlərinin nəticəsi müsbət çıxıb və o, xəstəxanaya aparılıb. Almaniya millisinin üzvünün müalicəsinə artıq başlanılıb.

Qeyd edək ki, "Fənərbaxça"nın bir həkimi də koronavirusa yoluxduğu üçün xəstəxanada karantinə alınıb.
 
///Apasport.az

OXŞAR XƏBƏRLƏR