Türkiyəli sosial media fenomeni Rahşan Suluhanın tibb tələbəsi oğlu Səlahəddin Suluhan tarixi Çamlıyayla Namrun qalasından yıxılaraq həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, acı xəbərdən darmadağın olan Suluhan göz yaşları içində çəkdirdiyi videoda "Yaşıl zeytunum mənimlə vidalaşdı" deyə fəryad edib.
Qeyd edək ki, o, instaqramda 430 min izləyicisi olan "Rəhşənin mətbəxi” adlı hesabı idarə edir.
Ayşən