Fərasət Qurbanov: "Bəzi saytlarla bağlı baş prokuror və DTX rəisinə müraciət edəcəyik"

Fərasət Qurbanov: "Bəzi saytlarla bağlı baş prokuror və DTX rəisinə müraciət edəcəyik"
SİYASƏT
18:39 09.03.2017
1653

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun sözlərinə görə, Şuranın fəaliyyətində hər zaman şəffaflıq və hesabatlılıq prinsipini əsas götürüb: "Təəssüf ki, bəzi media qurumlarında müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan şantaj və böhtan xarakterli yazılar yer alıb. Bunlardan bəziləri Mətbuat Şurasına müraciətimizdən sonra üzr istəyərək, peşmanlığını ifadə etsə də, bundan nəticə çıxarmayan elektron media qurumları var. Ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına  və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb. Bu cür saytları dəfələrlə yayımladıqları "məqalələrə" görə real araşdırmalar aparmağa dəvət etsək də, bütün suallarını cavablandırmağa hazır olduğumuzu bildirsək də onlar bundan yayınmaqla əsl məqsədlərinin şantaj və böhtan olduğunu göstərib".
 
F. Qurbanov deyib ki, bu yazılarda Şuranın ictimai nüfuzuna və bütövlükdə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kobud hörmətsizlik edilməklə çoxsaylı təhqir və böhtana yol verilib.
 
"Bütün bunlara görə bu gün www.obyektivinfo.az, www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az  və www.uluyol.info saytlarında haqqımızda dərc olunmuş böhtan, şantaj və təhqir hallarının araşdırılması xahişi ilə Zakir Qaralova və Mədət Quliyevə müraciət göndərmişəm. Şura olaraq, bu tip hallara qarşı sonadək dözmək fikrimiz yoxdur. Hesab edirik ki, bu məsələ hüquq müstəvisində həllini tapmalıdır" - deyə, o əlavə edib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu