Fərda Cem Yılmaz haqda: "O da dəvətlidir"

Fərda Cem Yılmaz haqda: "O da dəvətlidir"
MAQAZİN
14:04 27.04.2017
923
Komik aktyor Fərda Xudaverdiyev növbəti "Selfinaz”ına hazırlaşır.
 
AZXEBER.COM-un məlumatına görə, mayın 5-i saat Nizami Kino Mərkəzində keçiriləcək "stand-up” şouda Fərda yeniliklərin olacağı barədə iddialı danışdı: "Keçən dəfəki şoumuzdan daha çox səs salacağına, daha artıq tamaşaçı yığacağına əminik. Bu dəfə tam yeni dekor, yeni əhvalatlarla qarşınızda olacağam. Biletlərimiz yüksək sürətlə satılmaqdadır. "Stand-up”I Azərbaycana gətirdiyimizə əminik və bunu bir daha mayın 5-I sübut edəcəyik”.
 
Fərda Cem Yılmazın şouları ilə oxşarlığı haqda danışanları da unutmadı: "Məni sevənlərə müjdəm var. Bu ilin dekabr ayında "stand-up” şoumuzla Türkiyə səhnəsində çıxış edəcəyəm və Cem Yılmaz da bu şouya dəvətlilər sırasındadır. Odur ki, yeni partlayışlara hazır olun” – deyərək, aktyor yeni gündəmə imza atmış oldu.
OXŞAR XƏBƏRLƏR