Fərda jurnalistlərlə bir araya gəlib, onlarla barışdı - FOTO

Fərda jurnalistlərlə bir araya gəlib, onlarla barışdı - FOTO
MAQAZİN
18:06 11.05.2017
1043
Tanınmış aktyor Fərda Xudaverdiyev jurnalistlərlə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə məqsəd Fərdanın "Selfinaz 2” stend–upı zamanı baş verən hadisələr olub. 
 
Aktyorun səhnəyə içkili çıxması və müsahibə zaman qeyri-etik sözlər deməsi birmənalı qarşılanmamışdı. Aktyor məsələylə bağlı bu gün media nümayəndələrini görüşə dəvət edib. Dəvəti qəbul edib gedənlər ilə yumor ustası arasında səmimi ortam yaranıb.
 
Aktyor "Selfinaz 2”–də jurnalistlərə olan hörmətsizliyə görə hər bir media nümayəndəsindən üzr istəyib. Arada olan inciliyə və söz-söhbətə son qoyulub.
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 
 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR