Bu gün Ağdamın "Qarabağ” klubu Macarıstanda "Ferentsvaroş” klubuna qarşı növbəti matçına çıxacaq.
AZXEBER.COM xəbər verir ki, qarşılaşma UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq.
Budapeştdə keçiriləcək "Qarabağ” – "Ferentsvaroş” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyun "CBC Sport” kanalında canlı yayımlanacaq.