"Ferentsvaroş" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Ferentsvaroş" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq
İDMAN
19:59 01.08.2022
412
Macarıstan "Ferentsvaroş"unun futbolçusu Henri Uinqo zədələnib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Rusiyalı mütəxəssis bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR