"Ferentsvaroş"un futbolçusu: "Qarabağ" hücum futbolundan həzz alır"

"Ferentsvaroş"un futbolçusu: "Qarabağ" hücum futbolundan həzz alır"
İDMAN
18:59 02.08.2022
298
"Azərbaycan çempionu əsasən hücum futbolu oynayır və müdafiə olunmağı sevmir. Rəqib qol şansları yaratmaqdan, matça nəzarət etməkdən həzz alır".

Bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Kristoffer Zakariassen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, sabahkı qarşılaşmada kifayət qədər diqqətli olmalıdırlar: "Elə etməliyik ki, rəqib öz oyun üslubunu bizə qəbul etdirə bilməsin. Əvvəllər Azərbaycanda olmamışam. Bu, Bakıya ilk səfərimdir. İnanıram ki, evə xoş xatirələrlə qayıdacağam".

Norveçli oyunçu Ağdam klubunu ətraflı analiz etdiklərini söyləyib: "Saata baxmadım. Amma peşəkar məşqçilər heyəti əvvəlki oyunlardan öncə olduğu kimi, bu dəfə də təhlil zamanı bizə xeyli məlumat verdil".

Təcrübəli futbolçu "köhlən atlar"ın onlara qarşı da hücum futbolu sərgiləyəcəyini düşünür: "Geri çəkiləcəklərinə inanmıram. Evdə oynayacaqlar və əlbəttə, tribunalarda çoxlu tamaşaçı olacaq. Dediyim kimi, hücumda çox təhlükəlidirlər. Açığı, bizə qarşı başqa taktika seçsələr, təəccüblənərdim. Baş məşqçi (Qurban Qurbanov - red.) 2008-ci ildən komandanın sükanı arxasındadır. Ona görə də futbolçuları çox yaxşı tanıyır. Oyunçular baş məşqçinin onlardan nə gözlədiyini bilirlər".

Zakariassen "Qarabağ"ın müasir oyun üslubuna üstünlük verdiyini vurğulayıb: "Doqquzqat çempion olmaları təsadüfi deyil. Ötən mövsümdə cəmi bir məğlubiyyət alıblar və 13 top buraxıblar. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Öz futbolumuzu oynaya bilsək, Bakıda heç-heçə bizi qane etməyəcək. Yaxşı mübarizə və maraqlı oyun gözləyirik. Komandada özünəinam yerindədir".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
19:12 15.05.2025
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil