"Fənərbağça"nın prezidenti ilə həyat yoldaşı arasında QALMAQAL

İDMAN
11:15 04.10.2023
332
"Fənərbağça" klubunun prezidenti Ali Koç və həyat yoldaşı Nevbahar Koçun evliliyi növbəti dəfə danışılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün bu dəfə "Fənərbaxça"ya görə mübahisə etdiyi iddia edilir.
 
Bu iddiayla "Sabah" qəzetinin jurnalisti informasiya yayaraq deyib:

"Son zamanlar yüksək cəmiyyətdə Koç cütlüyünün boşanacağı ilə bağlı xəbərlər yayılıb. Nevbahar xanım Parisə tək gedib və bir həftəyə yaxındır ki, oradadır. Deyəsən, ona görə dedi-qodu başladı, amma Nevbahar xanım ərinin işinin çoxluğundan uzun müddətdir təkbaşına səyahət edir. Baxmayaraq ki, ailəyə yaxın mənbədən öyrəndim ki, bu günlərdə işlər bir az eyni tərəfdədir. Səbəb isə "Fənərbağça" olub. Ali Koçun bütün boş vaxtını "Fənərbağça”ya həsr etməsi və ona etinasız yanaşması Nevbahar xanımı narahat edib. Ali Koç arvadını necə razı salmağı bilir, burada qeybətçilərə material olmayacaq, bunu sizə deyirəm".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR