Fergüssson ulduz futbolçuları İstanbula aparmadı

İDMAN
09:14 20.11.2012
1168

İngiltərənin “Mançester Yunayted” klubunun Türkiyə “Qalatasaray”ı ilə Çempionlar Liqasının V tur matçı üçün 18 futbolçudan ibarət heyəti müəyyənləşib.

AZXEBER.COM-un məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson 10 “ulduz”u özü ilə İstanbula aparmayıb.

Bunlar Ueyn Runi, Rio Ferdinand, Pol Skoulz, Robin van Persi, David De Xea, Rayan Giqqz, Patris Evra, eləcə də zədəli Sindzi Kaqava, Luiş Nani, Conni Evansdır. Fergüssonu belə qərar verməyə komandasının qrup lideri kimi 1/8 finala vəsiqə qazanması sövq edib. “Qalatasaray” isə hazırda 4 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Mançester Yunayted”in İstanbula aparıcı oyunçularını gətirməməsi “sarı-qırmızılar”ın qələbə şanslarını artırır.

Qeyd edək ki,“Türk Telekom Arena”da keçiriləcək matçbu axşam,Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

OXŞAR XƏBƏRLƏR