Fərhad Məmmədov: 'Azərbaycanın yaxın gələcəyinin inkişaf tempini qeyri-neft sektoru təşkil edəcək'

Fərhad Məmmədov:
SİYASƏT
15:33 03.07.2013
2188

Strateji Araşdırmalar Mərkəzi (SAM) fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanın iqtisadi inkişafına həsr olunmuş bir sıra tədbirlər həyata keçirib və araşdırmalar aparıb.

Gün.Az xəbər verir ki, bunu SAM-ın direktoru Fərhad Məmmədov sözügedən qurumun və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun iyulun 3-də Bakıda keçirdiyi 5-ci Koreya-Mərkəzi Asiya Beynəlxalq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.F.Məmmədovun qeyd etdiyinə görə, SAM-ın Azərbaycanın iqtisadi inkişafı ilə bağlı keçirdiyi tədbirlərin və apardığı araşdırmaların bir istiqamətini də ölkəmizin xarici iqtisadi əməkdaşlığı təşkil edir:“Bildiyiniz kimi Azərbaycanın qarşısına qoyduğu hədəflərdən biri də ölkədə qeyri-neft sektorunun inkişafına və artımına nail olmaqdır. Elə dövlət başçısının sərəncamı ilə imzalanmış “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyası da bunun bariz nümunəsidir.Onu da qeyd etmək istəyirəm ki, qeyri-neft sektorunun inkişafı dünyada, xüsusilə Avrasiya məkanında gedən iqtisadi inkişafdan kənarda baxıla bilməz. Bu ilin əvvəllərində Azərbaycanda Dünya İqtisadi Forumu tərəfindən keçirilən tədbirdə də məhz bu kontekstdən müzakirələr aparılmışdı.Eyni zamanda bu yaxınlarda Dünya İqtisadi Forumunun Bişkek şəhərindəki tədbirində də bu istiqamətdə müzakirələr aparılmış və Azərbaycan nümayəndələri də həmin tədbirdə iştirak edərək öz töhfələrini vermişdilər.Ötən ildən əməkdaşlıq etdiyimiz Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu da 4 dəfə Koreya-Mərkəzi Asiya Beynəlxalq Forumunu keçirib. Sonra biz belə bir qərara gəldik ki, növbəti 5-ci forum Azərbaycanda keçirilsin. Təbii ki, buradakı müzakirələr, eyni zamanda əməkdaşlıq etdiyimiz beyin mərkəzlərinin fikir və təhlilləri bizim üçün çox önəmlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Canlı yayımda söyüş söyən daha bir tiktoker CƏZALANDIRILDI
15:35 10.03.2026
Canlı yayımda söyüş söyən daha bir tiktoker CƏZALANDIRILDI
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK