Fərhad Məmmədov onun adından yayımlanan açıqlamanı təkzib etdi

SİYASƏT
16:45 02.04.2014
1360

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Haqqın.az saytında onun adından yayımlanan açıqlamanı təkzib edib.

AZXEBER.COM-un məlumatına görə, SAM direktoru bildirib ki, Haqqın.az saytının 2 aprel 2014-cü il tarixli buraxılışında guya, ona istinadən “Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyə layiq deyil” başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb. “Məlumat üçün bildirirəm ki, nə bu gün, nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmayıb və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə “eksklüziv müsahibə” adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram”.

OXŞAR XƏBƏRLƏR