Fərhad Qəribova şok — Məşhur "Şəki" restoranı əlindən alınır

Fərhad Qəribova şok — Məşhur "Şəki" restoranı əlindən alınır
SİYASƏT
09:38 25.10.2017
1390
Mərkəzi Bank (MB) sabiq deputat və biznesmen Fərhad Qəribovun sahibi olduğu "Şəki” restoranının hərraca çıxarılaraq satılması üçün məhkəməyə müraciət edib.
 
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılıb.
 
Mərkəzi Bank iddia ərizəsində F.Qəribovun oğlu Zöhrab Qəribovu cavabdeh şəxs kimi qoyub və qeyd edilib ki, Z.Qəribova məxsus olan "Debüt Kommersiya Bankı" ASC-yə 2007-2008-ci illərdə 3 dəfə verilən 7 milyon manat məbləğində kreditdən ümumilikdə 3 milyon 215 min 65 manat əsas və 581 min 992 manat faiz borcu qalıb. Z.Qəribov kredit üçün Nərimanov rayonu, Əhməd Rəcəbli 38a ünvanında yerləşən "Şəki” restoranı və ona bitişik yarımtikilini girov qoyub. AMB də ərizəsində kredit borcunun ödənilməsi üçün ipoteka yüklü edilən həmin obyektə yönəldilməsini, restoranın açıq hərracla satışa çıxarılaraq satılmasını və əldə edilən vəsait hesabına borcun ödənilməsini istəyib.
 
2010-cu il dekabrın 15-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı ilə "Debüt Kommersiya Bankı" ASC müflis elan olunub, ləğvedicisi isə bankın vəsaitinin olmaması səbəbindən borcu ödəyə bilməyib. Qəribovların dövlətdən aldığı 7 milyon manat bankın xəzinəsində tapılmayıb. 2016-cı ilin III rübü üzrə təzələnmiş siyahıya əsasən Mərkəzi Bankın "Debüt” KB ASC-yə qarşı qeydə alınmış kreditor tələbi 4 milyon 921 min 922 manat və 51 min 779 manat ABŞ dolları məbləği təşkil edib.
 
Mərkəzi Bankın bu iddiasından sonra Zöhrab Qəribov da məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsi verib və kredit müqavilələrində adıçəkilən obyektin 2008-ci ilin oktyabrın 8-nə kimi ipotekada qalmasının nəzərdə tutulduğunu qeyd edib. İddia edib ki buna görə də həmin əmlak "Debüt Kommersiya Bankı" ASC tərəfindən ödənilməyən kredit borcunun təminatı kimi çıxış edə bilməz.
 
Həmçinin Z.Qəribov bildirib ki, 2011-ci ildə ona bildiriş təqdim edildiyində borcunu ödəməzsə, 30 gün ərzində məhkəməyə müraciət ediləcəyi qeyd edilib. O, AMB-nin 5 il sonra məhkəməyə müraciət etməsini, iddia müddətinin ötürülməsi kimi qiymətləndirib.
 
AMB isə bu iddiaya cavab olaraq qeyd edib ki, Mülki Məcəllənin 380-ci maddəsinə görə borclu şəxs borcunu etiraf edərsə iddia müddətinin axımı kəsilir. Z.Qəribov da 2011-ci ilin aprelin 19-da borcun "Şəki” restoranının yerləşdiyi obyektin üzərinə yönəldilməsi barədə razılaşma imzalayıb. Həmin vaxt 3 kredit müqaviləsi üzrə 6 milyon 649 min 907 manat borcu qaldığını etiraf edib. 2016-ci ilin noyabrın 22-də isə 2007-ci il 24 dekabrında götürdüyü kredit borcuna görə 45 min manat ödəniş edib.
 
Bu illər ərzində Mərkəzi Bank bir neçə dəfə "Şəki” restoranının açıq hərracla satılması üçün hərəkətə keçsə də, Qəribovlar satışın müəyyən müddət təxirə salınmasını xahiş edərək borcu ödəyəcəklərini vəd ediblər. Buna görə də məhkəmə iddiası gecikdirilib.
 
Hər iki iddia ərizəsi üzrə iş baxışa təyin edilib. Cavabdeh Z.Qəribov məhkəmə baxışının vaxtı və yeri haqqında xəbərdar olmasına baxmayaraq, məhkəmədə iştirak etməyib və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməyib. Bu səbəbdən işə onun iştirakı olmadan baxılıb.
 
Bütün bunlar araşdırıldıqdan sonra məhkəmə qərarını verib. Mərkəzi Bankın iddiası təmin edilib.Qərarda qeyd edilib ki, "Debüt Bank”ın MB-yə olan kredit borunun ödənilməsi "Şəki” restoranının yerləşdiyi 640 kvadratmetrlik obyekt və ona bitişik 11 kvadratmetrlik yarımtikiliyə yönəldilsin. Hər iki obyekt açıq hərracla satışa çıxarılmalı və əldə edilən məbləğlə borc ödənilməli, qalan pul isə Z.Qəribova qaytarılmaldır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı