Fərid Cəfərov: Gənclərə daimi iş tapmağa kömək edəcəyik

GƏNCLİK
12:35 15.04.2019
3282
Gənclər Fondu işə düzəlməklə bağlı çətinlikləri aradan qaldıracaq.

Bunu açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı proqramın məqsədi iş və əmək təcrübəsi olmayan gənclərə daimi iş tapmaq imkanı yaratmaqdır:

"Bu proqrama regionlarda və paytaxtda 18-29 yaş qruplarında olan orta-ixtisas və ali təhsil müəssisələrinin məzunları müraciət edə bilər. Bu, xüsusi bir layihədir. Proqram çərçivəsində cəlb olunacaq gənclərin əməkhaqlarının bir qismi fond tərəfindən qismən maliyyələşdiriləcək.

Gənclərlə minimum bir il müddətinə müqavilələrin imzalanması nəzərdə tutulur. Vakansiyalardan asılı olaraq müəyyən şərtlər, tələblər irəli sürüləcək. Müraciətlər fondun rəsmi səhifəsində onlayn qaydada həyata keçiriləcək. Proqramın əsas məqsədi əmək bazarında yeni iş yerlərinin yaradılmasıdır”.

F.Cəfərov onu da əlavə edib ki, gənclərin məşğulluğunun təmin edilməsi çərçivəsində müəyyən monitorinqlər həyata keçiriləcək və nəzarət olacaq. İlkin mərhələdə proqram çərçivəsində özəl sektordan 70-80 vakansiya verilib:

"İlkin mərhələdə regionlarda və paytaxtda özəl sektorda fəaliyyət göstərən şirkətlər tərəfindən 70-80 vakansiya verilib. Təbii ki, vakansiyalar kifayət qədər genişləndiriləcək. Şirkət sahibləri yeni açılan vakansiyalarını da Gənclər Fondunun bu proqramı vasitəsilə təmin edə bilərlər”.

Gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinə dair daha bir proqramın hazırlandığını deyən F.Cəfərov bu il 15 gəncin təcrübəyə göndəriləcəyini bildirib:

"Ötən il bu istiqamətdə proqramlarımız olub. Bu il may-iyun aylarında Avropa Parlamentində (Brüsseldə) 15 gəncin təcrübə keçməsi gözlənilir. İl ərzində çalışacağıq ki, ikinci, üçüncü proqramı da həyata keçirək.

Prezidentin tapşırığı ilə ötən il 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib. Bu il bu rəqəmin bir qədər artıq olması gözlənilir. İyun ayından iyul ayının sonlarına qədər sənəd qəbulu aparılacaq, avqust ayında isə yekun nəticələr elan olunacaq”.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:05 04.06.2020

“Şuşa azad olunsa, ora hətta piyada da qayıtmağa hazıram” - HƏR KƏSİ KÖVRƏLDƏN VİDEO

20:05 04.06.2020

Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ

19:52 04.06.2020

"Qaçqınkom" cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi

19:35 04.06.2020

DSX: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb

19:26 04.06.2020

Prezident bu qanuna dəyişiklik etdi

19:11 04.06.2020

Qonşu dövlətdə COVID-19-a qarşı peyvəndin sınaqları başlayır – VİDEO

18:57 04.06.2020

Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA

18:49 04.06.2020

"Bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm..." - Sahibə Qafarova

18:42 04.06.2020

ÜST: Azərbaycan bütün hallarda digər ölkələr üçün nümunədir

18:41 04.06.2020

Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ

18:28 04.06.2020

Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

18:23 04.06.2020

Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

18:20 04.06.2020

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

18:08 04.06.2020

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

17:49 04.06.2020

TƏBİB sədri özəl qurumlara müraciət etdi: İşçiləri 14:00-da buraxın!

17:47 04.06.2020

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB