Fərid Məmmədov 20-ci sırada çıxış edəcək - SIYAHI

MƏDƏNİYYƏT
16:43 17.05.2013
2460
İsveçin Malmö şəhərində keçirilən “Eurovision-2013” mahnı müsabiqəsinin böyük finalında ölkələrin hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyən olunub.Mayın 16-da keçirilən ikinci yarımfinaldan sonra təşkilatçılar püşkatma mərasimi keçiriblər.

Püşkatmanın nəticələrinə əsasən 26 ölkə təmsilçilərinin qatılacağı finalda Azərbaycan təmsilçisi Fərid Məmmədov səhnəyə 20-ci sırada çıxacaq. Qeyd edək ki, F. Məmmədov yarımfinalda “Hold Me” adlı mahnını uğurla ifa edərək finala vəsiqə qazanmağa bacarıb.

Böyük finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:

1.Fransa2.Litva3.Moldova4.Finlandiya5.İspaniya6.Belçika7.Estoniya8.Belarus9.Malta10.Rusiya11.Almaniya12.Ermənistan13.Hollandiya14.Rumıniya15.Böyük Britaniya16.İsveç17.Macarıstan18.Danimarka19.İslandiya20.Azərbaycan21.Yunanıstan22.Ukrayna23.İtaliya24.Norveç25.Gürcüstan26.İrlandiya//APA

OXŞAR XƏBƏRLƏR