‘Fərid Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır’ - Aybəniz Haşımova

MAQAZİN
14:11 23.06.2014
2219

Əməkdar artist Aybəniz Haşımova tələbəsi Fərid Məmmədovun Konçita Vustla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, sənətçi bununla bağlı fikirlərini Facebook səhifəsində paylaşıb: “Fərid Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır. O, dünya musiqisinə uşaqlıq illərindən müraciət edib. İndi də əgər builki “Eurovision”  qalibinin mahnısnı oxuyubsa, bu o deməkdir ki, o nəğməni bəyənib, oxumaq istəyib. Buna başqa don geyindirmək lazım deyil. Fəridin əqidəsinə mənim qədər hər kəs bələd ola bilməz. Fərid ölkəmizin nadir istedadlarındandır. Onları ucaltmağa çalışmaq lazımdır. Endirməyə yox”.

Qeyd edək ki, aylar öncə Konçita Avstriya telekanallarının birində Fəridə olan sevgisini belə etiraf etmişdi. “Fərid Məmmədov mənim xəyallarımdakı oğlandır”,- demişdi.

F.Məmmədov isə Konçitanın “Eurovision 2014” müsabiqəsindəki qalibiyyətindən sonra onun mahnısını oxuyaraq, sosial şəbəkədə yerləşdirmişdi.

 

OXŞAR XƏBƏRLƏR