Fərid Şahbazlı: “Azərbaycan artıq Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur”

Fərid Şahbazlı: “Azərbaycan artıq Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur”
SİYASƏT
17:44 17.11.2025
574
"”Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşü Azərbaycanın regional siyasətdə mövqeyinin daha da gücləndiyini göstərən mühüm platformadır. Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkəmizin çoxvektorlu xarici siyasət kursunun uğurla həyata keçirilməsinin nəticəsidir. Bu qərar həm region dövlətlərinin Azərbaycanın artan roluna olan marağının göstəricisidir, həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq xəttinin institusional əsasda genişlənməsinə imkan yaradır”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında Azərbaycanla Mərkəzi Asiya arasında güclü körpünün qurulacağına dair verdiyi mesajlar, eləcə də Prezident İlham Əliyevin tamhüquqlu iştirakçı kimi təbrik olunması ölkəmizin regionun gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasında mühüm tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, Azərbaycan diplomatiyasının son illərdə ardıcıl şəkildə formalaşdırdığı çoxtərəfli əməkdaşlıq xəttinin real nəticəsidir.

Fərid Şahbazlının sözlərinə görə, sammit çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüş xüsusi əhəmiyyət daşıyır. Bu görüş zamanı siyasi dialoqun intensivləşdirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək mərhələyə doğru irəlilədiyini göstərir: "Ümumilikdə, Daşkənd sammiti Azərbaycanın xarici siyasətinin tək bir istiqamətə bağlı olmadığını, əksinə, müxtəlif regional mərkəzlərlə paralel şəkildə əməkdaşlıq qurmaq imkanına malik olduğunu bir daha sübut etdi. Azərbaycan həm Türk Dövlətləri Təşkilatında, həm Avropa ilə əməkdaşlıq platformalarında, həm də Mərkəzi Asiya formatlarında aktiv mövqedə çıxış etməklə özünü regionlar arasında strateji bağlantı nöqtəsinə çevirir”.

Siyasi şərhçi vurğulayıb ki, bu proses bir daha göstərir ki, ölkəmizin artan beynəlxalq nüfuzu və siyasi çəkisi təsadüfi deyil: "Prezident İlham Əliyevin uzunmüddətli, balanslı və realist xarici siyasət kursunun nəticəsidir. Daşkənd sammiti Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açmaqla yanaşı, ölkəmizin regiondakı əsas strateji aktor statusunu da möhkəmləndirir.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO