Fərid Şahbazlı: 'Cəmil Həsənlinin namizədliyi formal xarakter daşıyır'

SİYASƏT
18:10 29.08.2013
1515

Milli Şuranın Rüstəm İbrahimbəyovdan sonra Cəmil Həsənlini vahid namizəd seçməsi formal xarakter daşıyır.

Bu sadəcə dağılmaqda, xalq arasında nüfuzunu sürətlə itirməkdə olan qurumun mövcudluğunu qorumağa hesablanan bir addımdır.AZXEBER.COM-un verdiyi xəbərə görə, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi seçilməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, cəmiyyətdə etimad limiti tükənən, sosial şəbəkələrdə hətta müxalif düşüncəli insanlar tərəfindən gülüş obyektinə çevrilən Milli Şuranın vahid namizədinin kim olması onun siyasi perspektivləri ilə bağlı gerçəkliyi dəyişmir:“Belə bir ifadə var ki, ümid həmişə sonda ölür. Amma bəzən, ümid elə ölü doğulur. Məncə Milli Şuranın vəziyyətini bundan yaxşı təsvir edəcək ifadə yoxdu. Milli Şura “ölü doğulmuş uşaqdı”, onun heç bir uğur qazanmayacağı yarandığı ilk gündən hər kəsə bəllidir.Çünki xalqdan, cəmiyyətdən dəstək görməyən bütün birliklər məhvə məhkumdur. Bu mənada Milli Şuranın vahid namizədinin Cəmil Həsənli və ya başqa biri olması heç nəyi dəyişmir.Cəmil Həsənli yaxşı tarixçi ola bilər, amma onun İlham Əliyev kimi nüfuzlu dövlət və siyasət adamı ilə rəqib olması müzakirə mövzusu belə deyil. Fakt faktlığında qalır ki, hətta ən yaxın ətrafı belə Cəmil Həsənlini siyasətçi qiyafəsində görə bilmir”.

OXŞAR XƏBƏRLƏR