Fərid Şahbazlı 'Kaspi'də müxalifəti sərt tənqid etdi - KÖŞƏ

Fərid Şahbazlı
KÖŞƏ
01:40 03.05.2012
1755
 Müxalifətin 22 aprel aksiyasının sübut etdiyi köhnə-yeni gerçəklərRadikal müxalifətin hər dəfə "taktiki gediş" adı altından atdığı addımları müşahidə edəndə bu düşərgədə reallıq və məntiq hissini itirməmiş adamların qaldığına inamım daha da zəifləyir. Uzun-uzadı araşdırmaya ehtiyac duymadan son vaxtlar radikalların başının möhkəm qarışdığı mitinq siyasətinə diqqət yetirmək kifayət edir ki, müxalifətin ciddi şəkildə eyforiya və məntiqsizlik sindromuna yoluxduğu üzə çıxsın. Çünki məntiqlə, keçirdiyi bütün aksiyaların davamlı uğursuzluqla nəticələnməsindən və xalq tərəfindən boykot edilməsindən sonra ağlı başında, məntiqi və reallıq hissi yerində olan istənilən qüvvə bu fəaliyyətinə son verərdi. Ən azından özünün siyasi mövqelərini möhkəmləndirmək və planlarında yeni taktiki gedişlər etmək məqsədilə... Ancaq illərdir özünün "cığal" statusunu qoruyub saxlaya bilən radikal müxalifət hər ötən gün daha çox cılızlaşdığını, xalqdan dəstəyini tamamilə itirdiyi gerçəkliyini deyəsən bütün dünyaya nümayiş etdirməkdə möhkəm maraqlıdır. Bu yerdə razılaşmayıb, hay-həşir salmaq istəyənlər, lütfən Stop! Səbrinizi bir qədər də basıb, cığallığınıza bir müddətlik ara verib 22 aprel aksiyasında canlı müşahidə etdiyimiz bəzi qeydlərimizi oxumaq sizin üçün faydalı olar... 22 aprel aksiyası sübut etdi ki: - Radikal müxalifət həmişəki kimi bütün uğurlarının və problemlərinin ünvanı, özünün xilaskarı kimi dövlətini, xalqını deyil, ölkəmizə qərəzli mövqedə dayanaraq, özünün müxtəlif məqsədlərinə nail olmaq istəyən xarici qüvvələri görür. Əgər belə olmasaydı, radikal müxalifətin başbilənləri çıxışlarında davamlı olaraq xarici dairələrə deyil, hakimiyyətin mənbəyi olan xalqa xitab edər, millətin mənafelərini qabardar, ondan dəstək istəyərdi.... Yeri gəlmişkən, bu aksiyada müxalifətçilər arasında xarici ölkələrin yüzüncü dərəcəli KİV-lərinə müsahibə vermək üçün növbə yaranmışdı. Başqa vaxt iqtidarı yerli media ilə münasibətlərinə görə ittihamlara məruz qoyan radikalların aksiyasında yerli jurnalistləri hətta nəzərə alan belə yox idi... Oysakı ki, mövcud iqtidarın Azərbaycan jurnalistlərinin rahat və sərbəst fəaliyyəti, sosial problemlərinin həlli üçün atdığı addımları sayası olsaq, müxalifətin aksiyasına toplaşanların sayından xeyli çox edər.... - Artıq radikal müxalifətin özü belə verdikləri vədlərin, səsləndirdikləri fikirlərin xalq tərəfindən ciddi qəbul olunmadığı, bütün etimad limitlərinin tükəndiyinin fərqindədir. Əgər belə olmasaydı, radikallar aksiyada tribunaya zərərçəkmiş kimi təqdim etdikləri, ancaq əvvəlcədən az qala yetkin siyasətçi kimi hazırlanmış yaşlı başlı qadınları deyil, illərdir qəzetlərində gözlərimizi yağır edib, lider düzəltdikləri şəxsləri çıxarar, onların xalqa səslənməsinə imkan yaradardılar. Amma neyləmək olar, insanların kədəri, problemləri üzərində siyasi divident qazanmaq cəhdi radikalların çoxdankı adətidir... - Azərbaycanda hakimiyyətə müxalifət adına iddia edib, əslində isə dövlətinə və millətinə müxalifətçiliklə məşğul olan qüvvələr artıq yetkinlik yaşına çatmayan uşaqların ümidinə qalacaq qədər aciz və zəif durumdadırlar. Əgər belə olmasaydı, radikal müxalifətin "gənc başbilənləri" qanunun tələbinə müvafiq olaraq 18 yaşına çatmayan şəxslərin aksiyalara buraxılmamasına etiraz etməz və bunun aksiyanın kütləviliyinə zərbə vurduğunu dilə gətirməzdilər... P.S. Hər işdə olduğu kimi, siyasətdə də insaf amilini unutmaq olmaz. Odur ki, bəylər, insanları gənc yaşında müxalifətə gətirib, müxalifətdəcə təqaüdə çıxardığınız yetər...Fərid Şahbazlı“İslahatçı Gənclər” İctimai Birliyinin sədri,
OXŞAR XƏBƏRLƏR