Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: “İlham Əliyevin Prezident seçilməsi…”

Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: “İlham Əliyevin Prezident seçilməsi…”
SİYASƏT
14:38 25.01.2024
246
Azərbaycanda 7 fevralda keçiriləcək Prezident seçkiləri, seçki öncəsi durum və namizədlərin şansları xarici KİV-lərin də diqqət mərkəzindədir. Qardaş Türkiyənin nüfuzlu "Haberler.com”, "Haber7.com”, "Sondakika.com” İnformasiya portalları mövzu ilə bağlı "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının açıqlamasını dərc edib.

F.Şahbazlı Türkiyə mediasına müsahibəsində qeyd edib ki, 7 fevralda Azərbaycanda baş tutacaq Prezident seçkilərinin ölkəmizin bütün ərazilərində suverenliyini tam bərpa etdikdən sonra keçirilməsi vacib tarixi-siyasi hadisədir. O bildirib ki, son otuz ildə ilk dəfədir ki, Azərbaycan seçicisi ərazi bütövlüyü tam təmin edilmiş suveren bir dövlətin vətəndaşı kimi səs verəcək. F.Şahbazlı qeyd edib ki, bu baxımdan seçkilər həm də Azərbaycanın dövlət olaraq gələcək təhlükəsizliyinin təmin edilməsi, yeni çoxvektorlu inkişaf strategiyasının icra olunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq.

Onun sözlərinə görə, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. F.Şahbazlı bildirib ki, seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var: "Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərdə hazırki iqtidarın namizədi ilə yanaşı, müxalifət partiyalarını təmsil edən və bitərəf namizədlər mübarizə aparır. Bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər.

Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”.

Baş redaktor Türkiyə mediasına açıqlamasında deyib ki, indiyədək keçirilən bütün seçkilərdə namizədlərin platformasında əsas istiqamət ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələlər olub.

"Lakin artıq ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olunub. Bu reallığı yaradan isə ölkənin Prezidenti İlham Əliyevdir. Yalnız bu fakt onu seçkinin favoriti etməyə kifayət edir.

Digər tərəfdən isə düşünürəm ki, İlham Əliyevin Prezident seçilməsi yalnız Azərbaycan xalqı və dövləti üçün vacib deyil. Bu həm də Türk dünyası ölkələrinin inteqrasiyasına, türk dövlətləri arasında əməkdaşlığın inkişafına prinspial və ardıcıl dəstək verən bir lider kimi həm də bütün Türk dünyası üçün çox əhəmiyyətlidir”-deyə, Fərid Şahbazlı qeyd edib.

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”