Fernando Alonso Azərbaycan Qran Prisi ərəfəsində müqaviləsini yeniləyəcək

İDMAN
18:34 15.04.2023
254
"Aston Martin” komandasının pilotu Fernando Alonso "Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisi ərəfəsində müqaviləsini yeniləyəcək.
 
AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, 42 yaşlı idmançının son vaxtlardakı yüksəlişi rəhbərliyi bu addıma əl atmağa vadar edib.

Mövsümün ilk üç mərhələsində finişə üçüncü pillədə çatan ispaniyalının yaşının çoxluğuna baxmayaraq, onun 2024-cü ilə qədər olan sözləşməsinin ən azı daha bir il müddətinə uzadılması ilə bağlı tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. "Aston Martin” rəhbərliyi Alonsonun çempion olacağına inanır.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR