Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

İDMAN
20:26 01.09.2022
257
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Fernando Alonso Belçika Qran Prisində "Mercedes"in sürücüsü Lüis Hemiltonə qarşı səsləndirdiyi ifadələrə görə üzr istəyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 41 yaşlı pilot Alonso həmin ifadəni düşünmədən işlətdiyini söyləyib.

O, üzr istəməklə bərabər, britaniyalı 7 qat dünya çempionunu zəmanənin əfsanəsi adlandırıb.

Qeyd edək ki, ispaniyalı sürücü Belçika Qran Prisində Lüis Hemiltonu axmaq adlandırmışdı.
OXŞAR XƏBƏRLƏR