"Fərqan bəy kimi gənclərimizi televiziyalarımız, radiolarımız tez-tez dəvət etməlidirlər"

"Fərqan bəy kimi gənclərimizi televiziyalarımız, radiolarımız tez-tez dəvət etməlidirlər"
SOSİAL
00:06 07.01.2017
1055
Daim gənclərin yanında olan millət vəkili Qənirə Paşayeva bu dəfə də ənənəsinə sadiq qalaraq gənc musiqiçi Fəqan bəyi ziyarət edib.
 
AZXEBER.COM xəbər verir ki, xanım millət vəkili görüş haqda təəssüratlarını bölüşüb.
"Bu gün gözəl bir ailəni ziayrət etdim. Onlar hər ikisi, Fərqan Arifoğlu bəy və əziz həyat yoldaşı Yeganə xanım görmə qabiliyyətlərini itiriblər, 1-ci qrup əlildirlər. Amma onlar hər ikisi könül gözü ilə dünyanı görən az sayda insanlardandırlar.
 
Şükr dillərindən düşmür və həyatdan küsməyiblər. Hər ikisi ali təhsil alıb. Fərqan bəy Mədəniyyət və İncəsənət Universitetini bitirib. Yeganə xanım isə Dillər Universitetini bitirib, alman dili müəlliməsidir. Hər ikisi çox istedadlıdırlar. Yeganə xanımın işlə təmin edilməsii üçün bu gün Təhsil nazirimiz Mikayıl Cabbarova rəsmi müraciət etdim. Ümid edirəm ki, bu cür gənclərin nəinki fiziki imkanları məhdud olan yüzlərlə gəncə,minlərlə tam sağlam gənclərə də böyük örnək olduğunu, ailənin kirayədə yaşadığını və sosial imkanlarının aşağı olduğunu nəzərə alaraq onun işlə təmin olunmasına dəstək olacaq. Yeganə xanım həm də çox gözəl insandır və gənclərimizə gözəl müəllimə olacağına inanıram. Fərqan bəyə gəlincə, Allah ona o qədər böyük istedad verib ki saymaqla bitməz. Gözəl səsi var.
 
Dəyərli sənətçimiz Simarə İmanovanın tələbəsi olub. Gözəl piano çalır, musiqi əsərləri bəstələyir, gözəl aranjıman edir və yaxşı şeirlər yazır. Sözləri və musiqisi özünə məxsus olan və ziyarətimiz zamanı bizə ifa etdiyi əsərləri gözəl dost və jurnalist Fəxriyyə xanımla ikimizi də çox duyğulandırdı. Onun da rəsmi bir işi yoxdur. İnşallah yaxın günlərdə Mədəniyyət və Turizm nazirimiz Əbülfəs Qarayevə onunla bağlı müraciət göndərəcəyik və ümid edirəm ki dəstək olacaqlar. Olmalıdırlar. Çünki bu cür insanlara dəstək olmaq hər birimizin borcudur.
 
Fərqan bəy kimi gənclərimizi televiziyalarımız, radiolarımız tez-tez dəvət etməlidirlər. Onların minlərlə gənc üçün nə qədər böyük örnək olduqlarının fərqində olmalıdırlar. İstedadlarını insanların daha geniş görüb-bilməsinə dəstək olmalıdırlar.
 
Bəzi yanaşmaları görüb ruhdan yaman düşmüşəm deyir Fərqan bəy və bu söhbətimiz zamanı mənə ən çox təsir olan cümlə oldu. Onları ruhdan salan da bizlərik, ruhlarını gücləndirən də… Ona görə də hər bir imkanı olan insanımızı bu cür gənclərə dəstəyə çağırıram. "Ailəni dolandırmaq üçün bəzən toylara, el şənliklərinə, tədbirlərə də gediridim. Bəziləri məni görən kimi bu görməyən adam məclisi necə aparacaq, necə apara bilər kimi sözlər deyirdilər və bu mənə yaman təsir edirdi”- deyir Fərqan qardaşımız. Amma o böyük istedadı, səsi, oxuduğu mahnılar, söylədiiyi şeirlərlə bunu bu gün televiziya ekranlarından düşməyən bir çox müğənnilərdən daha yaxşı bacarır. Əziz Fərqan qardaşımıza və Yeganə bacımıza, onların qucağımdan düşməyən mələk balalarına Allahdan hər zaman mutluluq diləyirəm. Allah hər zaman yardımçıları olsun! 
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib