Las-Veqasda Həbib və Ferqüson arasında keçiriləcək döyüş öncəsi mətbuat konfransı keçirilib.
AzxeberSport xəbər verir ki, tərəflər arasında atışmalar burada da davam edib.
Kəməri təpikləməsindən sonra Toni Ferqüson onu çox kilolu adlandıran Həbib Nurmaqomedova söz yollayaraq təhqir edib:
"Döyüşmək istəyirsən? Kifayət qədər dözümünün yoxdur! Çirkli kutab! Mənə çox kilolu dedin, səni rinqdə məhv edəcəyəm!".
Həbib isə rus mətbuatında belə deyib: "Ferqüsonla başqa cür vuruşacağam. Onu parçalayacağam"
Qeyd edək ki, tərəflər arasənda baş tutacaq görüş bütün dünya tərəfindən maraqla gözlənilir