‘Ferrari’ digər avtomobilləri əzdi, keçdi - VİDEO - FOTO

DÜNYA
00:03 27.09.2014
2556

Moskvada yüksək sürətlə hərəkət edən "Ferrari" üç avtomobili əzib.

Yol nəqliyat hadisəsi Moskvanın mərkəzi küçələrindən birində baş verib.

Hadisə şahidləri qəza zamanı "Ferrari" avtomobilinin sürücüsünün günahkar olduğunu bildirir.

Onların sözlərinə görə, "Ferrari" yol boyu yüksək sürətlə avtomobilləri ötürmüş: “Onu Savelovsk küçəsində gördük. Maşınları bir-bir ötərək əməlli-başlı "şahmat" oynayırdı!”.

Nəticədə "Ferrari F142" italyan avtomoblinin sürücüsü idarəetməni itirib və "Hunday" ,"Ford" və "Sitroen" avtomobillərini vurub əizb. Sürücünün idaretməni hansı səbəblərdən itirdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma başlanıb. (anspress)

OXŞAR XƏBƏRLƏR