“FETÖ-nün çevriliş cəhdinə ilk rəsmi reaksiya Azərbaycandan verildi” – Bəhruz Həsənov

“FETÖ-nün çevriliş cəhdinə ilk rəsmi reaksiya Azərbaycandan verildi” – Bəhruz Həsənov
SİYASƏT
15:54 15.07.2019
3768
"1990-cı il 20 yanvar hadisələri ilə Türkiyədəki 2016-cı il 15 iyul olayları arasında böyük oxşarlıq var”.

Bu fikirləri FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul hərbi dövlət çevrilişinin 3-cü ildönümü münasibətilə Bakıda təşkil olunan "Demokratiya zəfəri” tədbirində çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.
Bəhruz Həsənov bildirib ki, 3 il əvvəl 15 iyul gecəsi türk xalqının iradəsinin sarsılmazlığını bir daha bütün dünyaya göstərib:

"Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.

15 iyul xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır.

Azərbaycanda da Fətullah Gülən terror təşkilatının üzvlərinə qarşı mübarizə aparıldı və onların zərərsizləşdirilməsinə başlanıldı. Biz öz qardaşlığımızı çiyinə-çiyinə dayanaraq, qoruyub saxlamışıq. Azərbaycanla Türkiyə daim bir yerdə olub.

Azərbaycanda FETÖ başda olmaqla heç bir terror təşkilatı və onların tör-töküntüləri fəaliyyət göstərə bilməz. Azərbaycan Prezidenti Cənab İlham Əıiyev dəfələrlə bəyan edib ki, ölkəmiz terrorun bütün forma və təzahürlərinə qarşıdır.

Hər kəs xatırlayır, Prezident İlham Əliyev beynəlxalq tədbirlərin birində dedi ki, əgər Türkiyənin burada nümayəndəsi yoxdursa, mən varam.

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

//Yenicag.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
18:39 19.03.2026
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
18:33 19.03.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
Anar Əliyevin müavinlərinin sayı artırıldı
18:24 19.03.2026
Anar Əliyevin müavinlərinin sayı artırıldı
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
18:21 19.03.2026
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
18:20 19.03.2026
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb
18:09 19.03.2026
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb