Fəthullah Gülən, özünə aid internet saytında İstanbul "Gezi Parkı"nda yaşanan olayları tənqid edib.AZXEBER.COM-un Hürriyet qəzetinə istinadən verdiyi xəbərə görə, Gülən mesajında deyib: ''Zülmə zülmlə cavab verməmək olduqca əhəmiyyətlidir və peşəmizin əsas hissəsidir. Bununla yanaşı, haqsız yerə yumruq vuran möminin heç olmazsa cəzalandırılması lazımdır.Bir vaxtlar düzgün çalışanlara yalnız əhli dəlalət, əhli küfr və əhli ilhad hücum edirdi. Artıq elə bir dövr gəlib ki, möminlər də möminlərə hücum edirlər.Belə bir dövrdə balansı qorumaq, əl qaldıranlara əl qaldırmamaq, hər zaman şəfqətlə rəftar edə bilmək çox vacibdir və hər kəs bunu bilməlidir.