Fətullah Gülənə məlumat ötürdüyü iddiası ilə vəzifədən çıxarılan Akif Mustafa Koçyiğitin adına açılan “Twitter” hesabında maraqlı paylaşım edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paylaşımda növbəti çeviriliş cəhdinin 14 avqust tarixində yenidən olacağı qeyd edilib. Mustafa Koçyiğitin '' 14.08.2016-da təkrar görüşmək diləyi ilə salamat qalın '' deyə paylaşım edib.
Qeyd edək ki, Fətullah Gülən son açıqlamada tərəfdaşlarına '' səbr edin '' deyə mesaj göndərmişdi. Bu isə Gülənin növbəti dəfə çevirişə cəhd edə biləcəyinin göstəricisidir.
Jalə