Fevralın 1-dən bunu edənlər ağır cərimələnəcək – Yeni qaydalar qüvvəyə mindi

Fevralın 1-dən bunu edənlər ağır cərimələnəcək – Yeni qaydalar qüvvəyə mindi
SOSİAL
13:12 03.02.2026
1392
Prezident İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli fərmanı ilə Cinayət və İnzibati Xətalar Məcəllələrinə, eləcə də "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Mədəniyyət haqqında” qanunlara edilən dəyişikliklər fevralın 1-dən qüvvəyə minib. Yeni qaydalar mədəni irsin məhv edilməsi və korlanmasına görə məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirir.

Dəyişikliklərə əsasən, mədəni sərvətlərin qanunsuz daşınması, icazəsiz tikinti, bərpa və ya köçürülməsi hallarında tətbiq edilən cərimələr xeyli artırılıb. Belə ki, fiziki şəxslər 3–5 min manat, vəzifəli şəxslər 6–10 min manat, hüquqi şəxslər isə 20–30 min manatadək cərimələnəcək.

Tarixi və mədəniyyət abidələrinin qorunması qaydalarının pozulmasına görə də məsuliyyət sərtləşdirilib. Bu halda fiziki şəxslər 700–1 000 manat, vəzifəli şəxslər 1 000–1 500 manat, hüquqi şəxslər isə 3–6 min manat cərimə ödəməli olacaqlar.

Eyni zamanda, mədəni və tarixi abidələrin aşkar olunmasına baxmayaraq bu barədə aidiyyəti dövlət qurumlarına məlumat verməmək və ya həmin obyektləri dövlətə təhvil verməmək də cərimə ilə nəticələnəcək. Bu pozuntuya yol verən fiziki şəxslər 200–1 000 manat, vəzifəli şəxslər 400–1 500 manat, hüquqi şəxslər isə 3–6 min manat məbləğində cərimələnəcək.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan mədəniyyət abidələri xalqın tarixi yaddaşıdır:

"Mədəniyyətimizin elə tarixi abidələri var ki, onları qorumaq həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi hallarda bu abidələr ya baxımsızlıqdan dağılır, ya da məsuliyyətsizlik ucbatından zərər görür. Bəzən isə bu, qərəzli şəkildə edilir. Xüsusilə işğal dövründə ermənilər tərəfindən Azərbaycan mədəniyyətinə vurulan ziyan danılmazdır”.


Deputat vurğulayıb ki, qanunvericiliyin sərtləşdirilməsi zəruri addım idi:

"Hazırda ölkənin müxtəlif bölgələrində çoxsaylı mədəniyyət abidələri mövcuddur və onların qorunması üçün daha ciddi mexanizmlərə ehtiyac var idi. Düşünürəm ki, yeni qaydalarla yanaşı, icraya nəzarət də güclənəcək və aidiyyəti qurumlar bu məsələyə daha məsuliyyətlə yanaşacaqlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO