Fevralın 26-da bu yollar bağlanacaq - SİYAHI

Fevralın 26-da bu yollar bağlanacaq - SİYAHI
SOSİAL
13:38 23.02.2017
721

 

Bu barədə AZXEBER.COM-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Məlumatda qeyd edilib ki, Xocalı Soyqırımı faciəsinin ildönümü ilə əlaqədar Xətai rayonu Xocalı prospekti "Ana fəryadı” abidəsi qarşısında keçiriləcək izdihamlı yürüş tədbirinin rahat, təhlükəsiz  və fasiləsiz təşkil edilməsi üçün paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərə bütün avtomobillərin hərəkəti həmin gün məhdudlaşdırılacaq. Qanlı faciənin 25-ci ildönümünün anılması üçün yürüşçülərin Neftçilər və Bülbül prospektlərinin kəsişməsindən başlayaraq Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti "Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşurutla  28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.

Bununla əlaqədar qeyd edilən marşurut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

 

Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-nin çıxışından 3-cü kənar dairəvi yola;

20-ci sahə dairəsindən Dağ Üstü park yolu ilə Badamdar qəsəbəsinə;

Bayil qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən – 20 ci sahə qəsəbəsinə;

Bayraq meydanı, "Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə.            

Eləcə də, Niyazi, Teymur Elcin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsilə kəsişməsindən, Afiyəddin Cəlilov - Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai Prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xəqani, Puşkin, 28 may, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov kücələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa catanadək hərəkət istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.

Ona görə də Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimdə iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur. Həmçinin Hava limanı istiqamətində cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.    

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib