Fəxrəddin Altun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Fəxrəddin Altun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
SOSİAL
18:59 15.06.2025
374
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısının mətbuat katibi yazıb:

"Azərbaycanın Milli Qurtuluş Gününü və Türkiyə – Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm.

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycanla həqiqətləri dünyaya birlikdə çatdırmaq üçün hamımız qətiyyətlə gələcəyə doğru irəliləyəcəyimizə ürəkdən inanırıq.

Bu xoşbəxt gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi hörmət, salam və məhəbbətlərimi çatdırıram”.
OXŞAR XƏBƏRLƏR