Fəxrəddin Qoca: Zəlzələ bölgəsində epidemiya riski nəzarət altındadır

Fəxrəddin Qoca: Zəlzələ bölgəsində epidemiya riski nəzarət altındadır
DÜNYA
19:01 18.02.2023
194
"Fəlakət bölgəsində mümkün yoluxucu xəstəliklərlə bağlı risklər artıq erkən xəbərdarlıq sisteminin qurulması ilə nəzarət altındadır".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O bildirib ki, zəlzələ nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 6108, evə buraxılanlar isə 13612 nəfərdir.

Son 12 gündə zəlzələ bölgəsində 962 482 nəfər ilkin sağlamlıq müayinəsindən keçib.
OXŞAR XƏBƏRLƏR