Fəxriyyə Xələfova 8 mart münasibətilə qadınları təbrik etdi

MƏDƏNİYYƏT
17:00 07.03.2013
2162

Azərbaycanlı modelyer Fəxriyyə Xələfova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Facebook-da təbrik yazıb.

AZXEBER.COM xəbər verir ki, modelyer azərbaycanlı xanımlara ən xoş arzularını çatdırıb:“Səmimi, mehriban və gözəl xanımlar!Sizi 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə ürəkdən təbrik edirəm! Sizə sağlamlıq, gözəllik, səadət, xoşbəxtlik, arzulayıram. Ruzi-bərəkət evinizdən əskik olmasın. Qadınlara həsr olunan bu möhtəşəm 8 Mart – Beynəlxalq Qadınlar Günündə qoy məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın! 8 mart günü bütün dünya üçün bahar təravəti və yaz nəfəsidir”.

OXŞAR XƏBƏRLƏR