“O haqsızlığa, ədalətsizliyə dözmürdü” - Fəzail Ağamalının dostu

“O haqsızlığa, ədalətsizliyə dözmürdü” - Fəzail Ağamalının dostu
SOSİAL
12:48 10.02.2026
892
"Fəzail müəllimlə uşaqlıqdan birlikdə böyümüşəm”.

Bunu AZXEBER.COM-a sabiq deputat Fəzail Ağamalının yaxın  dostu mərhumun vəfatı ilə bağlı danışarkən deyib.
 
O bildirib ki, Fəzail bəy orta məktəb vaxtı da uşaqlardan fəallığı ilə seçilirdi:

"Fəzail bəy orta məktəb vaxtı da oxumağı və davranışı ilə digər uşaqlardan seçilirdi. Fəzail bəy həmişə haqsızlıq və ədalətsizliyə dözməyib. Buna görə də siyasətə qoşuldu. Ana Vətən Partiyasını yaratdı. Fəzail bəyin apardığı siyasət Ulu Öndər Heydər Əliyevin siyasətinə paralel olub. Onun vəfatından dərin kədərlənirik. Allah rəhmət etsin”.
 

OXŞAR XƏBƏRLƏR