Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən "By Fateh” restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.
Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.











































