FHN Bakıda təhlükəli liftin istismarını dayandırdı - VİDEO

FHN Bakıda təhlükəli liftin istismarını dayandırdı - VİDEO
SOSİAL
11:48 02.02.2023
146
"Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Bakıxanov küçəsi 66 ünvanında yerləşən "Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün "Şərur” MTK qarşısında məsələ qaldırılıb.

Həmçinin müvafiq akt tərtib edilərək yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub.
 

OXŞAR XƏBƏRLƏR