FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir

FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir
SOSİAL
14:29 17.08.2025
343
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu çərçivədə, Regional Mərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında "Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.
OXŞAR XƏBƏRLƏR