FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib - VİDEO

FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib - VİDEO
SOSİAL
08:46 27.10.2025
131
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü Ələkbərov Musa Çingiz oğlunun hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxdığı və geriyə qayıda bilməməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri sayəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsin xilas edilib

OXŞAR XƏBƏRLƏR