FHN-dən bulvarda ölən qızla bağlı - MƏLUMAT

FHN-dən bulvarda ölən qızla bağlı -  MƏLUMAT
Bütün Xəbərlər
01:48 27.10.2015
1212

Bakı şəhərində 1 nəfər özünü dənizə atıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə tehvil veriblər.

Əməliyyat saat 20:53-də başa çatıb.

OXŞAR XƏBƏRLƏR