Hadisə yerinə gedən FHN əməkdaşları qəzaya düşdü: Yaralılar var

Hadisə yerinə gedən FHN əməkdaşları qəzaya düşdü: Yaralılar var
SOSİAL
16:48 25.05.2021
1410
Bakıda yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, hadisə bu gün günorta saatlarında paytaxın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə yerinə gedən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili qəzaya uğrayıb. Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR