FHN: Ermənistanın Daşkəsənə atdığı mərmilərin törətdiyi yanğın söndürülüb

SOSİAL
19:07 26.10.2020
385

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonu ərazisinin Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalması nəticəsində mürəkkəb relyefli meşəlik ərazidə yanğın baş verib.

Yanğının söndürülməsi məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi nəticəsində yanğın söndürülərək geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Ümumilikdə, təqribən 10 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:27 02.12.2020

"Qarabağ"ın rəqibində daha 4 nəfər Covid-19-a yoluxdu

16:23 02.12.2020

Gülər Əhmədova Hafiz Hacıyevin Partiyasına qoşuldu

16:19 02.12.2020

Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağıq"

15:56 02.12.2020

Azərbaycanda karantin sərtləşdirilməlidir? -"Telegram"da SORĞU

15:55 02.12.2020

Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayıla dəymiş ziyan müəyyənləşdi

15:53 02.12.2020

Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti

15:52 02.12.2020

Xankəndidə Azərbaycan manatı işləyəcək — AÇIQLAMA

15:34 02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

15:28 02.12.2020

Paşinyan Azərbaycanın adını çəkərkən mikrofonu söndü - VİDEO

15:26 02.12.2020

Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov

15:15 02.12.2020

Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək

14:58 02.12.2020

Akif Qurbanov: "Ev şəraitində müalicə olunmaq təhlükəlidir"

14:48 02.12.2020

"Ən az 2 həftə sərt tədbirlər olmalıdır" - Professor Adil Allahverdiyev

14:46 02.12.2020

"Sərt tədbirlər olmasa, xəstəxanalarda yer qalmayacaq"

14:45 02.12.2020

Professor: "Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur"

14:36 02.12.2020

Adil Allahverdiyev: "Taksilərə minəndə pəncərələri açıq qoymaq lazımdır"