“Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

“Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”
MEDIA
10:24 15.07.2026
981
Türk dünyasının mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış IV Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu xüsusilə mühüm aktuallıq daşıyır. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir. Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır.
 
Belə ki, Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir.
 
Bu statistika öz növbəsində Forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. IV Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal informasiya məkanında artan rolunu, medianın sülhün təşviqi, həqiqətin bərpası və etimadın yenidən qurulmasındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə media nümayəndələri üçün deyil, həm də diplomatlar, siyasətçilər və beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar idi. 
 
Prezident İlham Əliyevin tədbir çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq formatda cavablandırması dövlətimizin başçısı ilə beynəlxalq media nümayəndələri arasında birbaşa dialoq üçün mühüm platforma yaradır.
 
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər.
 
Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.” Forumun builki mövzusu hər bir baxımdan beynəlxalq media ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradan, mühüm platforma kimi diqqətdə olan Şuşa Qlobal Media Forumu ənənəsinin bundan sonra da uğurla davam edəcəyi inkaredilməzdir. Azərbaycanın hər bir təşəbbüsünə beynəlxalq dəstək ölkəmizin həyata keçirdiyi siyasətin, inkişaf modelinin nümunəviliyinin qəbulu və təsdiqidir. Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla bərabər, onları bölüşməkdə maraqlı olduğunu hər addımında nümayiş etdirir.
 
Məqsəd dayanıqlı inkişafa nail olmaqdır ki, bu da öz növbəsində sülhün, təhlükəsizliyin təmin edilməsinə çağırış edir. Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu müasir beynəlxalq münasibətlərdə strateji kommunikasiyanın institusional inkişafını əks etdirən mühüm qlobal platforma kimi xarakterizə oluna bilər. Onun əhəmiyyəti tədbirin coğrafiyası və iştirakçı sayı ilə məhdudlaşmır. Forum dövlət idarəçiliyində kommunikasiya siyasətinin transformasiyasını, beynəlxalq dialoqun yeni formatlarını və institusional etimadın formalaşdırılması mexanizmlərini praktik müstəvidə nümayiş etdirir. Bu xüsusiyyətlər Şuşa Qlobal Media Forumunu qlobal kommunikasiya arxitekturasında yalnız fikir mübadiləsi məkanı deyil, həm də beynəlxalq əməkdaşlığın, strateji kommunikasiyanın və institusional dayanıqlığın inkişafına töhfə verən analitik platforma kimi səciyyələndirməyə əsas verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı