Bakıda yenə avtobus yandı - Bu dəfə Lökbatanda - Video

Bakıda yenə avtobus yandı - Bu dəfə Lökbatanda - Video
SOSİAL
23:26 14.07.2026
119
Bakıda daha bir marşrut avtobusunda yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, "BakuBus”a məxsus, 125 nömrəli xətt üzrə hərəkət edən avtobus "Binə” ticarət mərkəzinin qarşısında qəfil tüstüləməyə başlayıb.

Görülən operativ tədbirlər nəticəsində yanğının miqyasının genişlənməsinin qarşısı dərhal alınıb.

Qeyd edək ki, havaların isinməsi ilə əlaqədar nəqliyyat vasitələrində yanğın hallarının sayı artıb.

OXŞAR XƏBƏRLƏR