FHN: “Fevral ayından başlayaraq əməkdaşların kirayə pulları ödəniləcək”

FHN: “Fevral ayından başlayaraq əməkdaşların kirayə pulları ödəniləcək”
SOSİAL
15:48 11.01.2022
266
Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının kirayə pullarının verilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

FHN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, fevral ayının əvvəlindən başlayaraq həmin borclar ödəniləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə FHN əməkdaşlarının bir neçə aydır kirayə pullarının verilmədiyi ilə bağlı məlumatlar yayılıb.
OXŞAR XƏBƏRLƏR