FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
SOSİAL
16:56 22.12.2021
410
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib.

AZXEBER.COM xəbər verir ki, sərəncamla qərara alınır:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant" ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

"general-mayor" ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
OXŞAR XƏBƏRLƏR