FHN-in sürücüsünü yumruqlayan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL
12:22 20.09.2020
526
Bu il iyulun 12-də Masallı rayonu ərazisində xidməti vəzifələrini icra edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü Famil Seyfullayevə qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Rayon prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, istintaqla ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi dövründə rayon sakini Vaqif İsmayılovun karantin rejimi qaydalarına əməl etməyərək maskasız halda rayon ərazisində hərəkət etməsinə öz iradını bildirən Masallı rayonunda mövcud karantin rejminin tələblərinə nəzarət edilməsi məqsədilə xidmətdə olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü vəzifəsində işləyən Famil Seyfullayevə zor tətbiq etməklə müqavimət göstərib yumruqla sonuncunun üz nahiyəsinə bir neçə zərbə vurmasına əsaslı şübhələr müəyyən edilib.

Vaqif İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:31 26.10.2020

İlham Əliyev xarici jurnalistlərdən danışdı: “Sual vermir, bizi ittiham edir, elə bil prokurordur”

13:44 26.10.2020

Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı - FOTO

13:11 26.10.2020

Prezident: "O qədər mənasız görüş olub ki..."

13:08 26.10.2020

İlham Əliyev: "Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar"

13:07 26.10.2020

Prezident: "Yeni yaşayaş məntəqələri işğaldan azad olunub"

12:59 26.10.2020

İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"

12:56 26.10.2020

Prezident: "Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr"

12:53 26.10.2020

İlham Əliyev: "“Biz yeni reallıq yaratmışıq, hesablaşın!"

12:50 26.10.2020

Ali Baş Komandan: "Axıra qədər gedəcəyik, sonacan gedəcəyik"

12:49 26.10.2020

Prezident: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram"

12:47 26.10.2020

Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

12:42 26.10.2020

“Yığılmışıq boğaza bu danışıqlardan”

12:32 26.10.2020

Prezident: "Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”

12:30 26.10.2020

İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"

12:18 26.10.2020

Ağcabədi rayonu atəşə tutuldu - MN

12:05 26.10.2020

Prezident İlham Əliyev xalqa müraciət edəcək