FHN Kür çayına düşən uşağı xilas edib

SOSİAL
14:18 23.04.2016
1414

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 15 km aralıda nəzarətsiz ərazidə) azyaşlının qayıqdan suya sürüşüb düşməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki,FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, azyaşlı Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR