FHN-nin akademiyasında yeyinti aşkarlandı

FHN-nin akademiyasında yeyinti aşkarlandı
SOSİAL
13:48 26.10.2022
242
Hesablama Palatası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında audit aparıb.

AZXEBER.COM xəbər verir ki, audit 2020 və 2021-ci illər üzrə maliyyə əməliyyatlarını əhatə edib.

Bildirilib ki, audit hesabatından maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmamasını təsdiqləyən yetərli münasib audit sübutları əldə etmək qeyri-mümkün olub.

Qeyd olunub ki, bu təhriflərin maliyyə hesabatlarına təsiri əhəmiyyətli xarakter daşıyır:

Audit hesabatında göstərilən nöqsanlara dair Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 2022-ci il 30 iyun tarixli 3734-00609 nömrəli məktubla iradlarının olmadığının qeyd edilməsi;

Dövlət büdcəsindən ayrılan vəsait hesabına mal göndərən (podratçı) təşkilata qabaqcadan ödənilmiş məbləğə (31.12.2020-ci il tarixə 189041,17 manat;

31.12.2021-ci il tarixə 96055,19 manat) hesabat ilində "gələcək hesabat dövrlərinin gəliri” adı ilə şərti öhdəlik yaradılaraq maliyyə hesabatlarında tanınması;

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi tərəfindən təsdiq edilən 2021-ci il 03 may tarixli "Mal-material ehtiyatların silinməsi üzrə Akt”a əsasən 2009-2020-ci illər üzrə istismar olunan 3 089 997,46 manat dəyərində yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin maliyyə hesabatlarından silinməsi;

Audit qrupuna imzasız təqdim olunan 2021-ci ildə nazirliyin tabeliyində olan hüquqi şəxslər tərəfindən akademiyaya verilmiş və maliyyə hesabatlarında tanınan 391 596,53 manat dəyərində əsas fondlar və mal-material ehtiyatlarının qəbulu;

Fövqəladə Hallar Nazirliyinin 2020-ci il üzrə 13 fevral tarixli 013 nömrəli və 30 dekabr tarixli 112 nömrəli təmir-bərpa işlərinin balansdan-balansa verilməsi və əsas vəsaitlərin balansa götürülməsinə dair əmrlərin icra vəziyyəti.

Maliyyə hesabatlarında müşahidə edilən təhriflərin həcmi, kəmiyyət təsirini və mahiyyətini nəzərə alaraq, ümumi əhəmiyyətliliklə hesabatverməyə tətbiq olunan əhəmiyyətliliyin müqayisəsi aparılmış, risklərdən hər hansı birinin əhəmiyyətli olub-olmadığı nəzərdən keçirilib, əhəmiyyətli təhriflər riski maliyyə hesabatı səviyyəsində qiymətləndirilib, maliyyə əməliyyatlarının kateqoriyaları, hesab qalıqları və açıqlamalar təsdiqləmələr səviyyəsində təhlil edilib.

Hesablama Palatası hesab edir ki, əldə edilən audit sübutları rəyi əsaslandırmaq üçün yetərli və münasibdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”